Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan 25 əcnəbini deportasiya etdi - azərbaycanlılar da var

11:34 - 22 İyul 2025 tarixində dərc olunub.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları 25 əcnəbini deportasiya ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İran, Nigeriya, Çin, Pakistan, Rusiya və Türkiyə vətəndaşları deportasiya edilib. 

Gürcüstan parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirib, deportasiya prosedurlarını sadələşdirib, həmçinin miqrantların axtarışını həyata keçirib. Gürcüstanın Daxili İşlər Nazirliyi hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarılması barədə məlumat verir.

Müəllif: Ucnoqta.az redaksiyası