İsrail Müdafiə Qüvvələrinin əməliyyatları nəticəsində son 24 saat ərzində Qəzza zolağında ən azı 65 fələstinli həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 21-də həlak olan 65 nəfərdən 11-i humanitar yardımın paylanması məntəqələrinə endirilən zərbələr zamanı həlak olub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail-ABŞ fondu tərəfindən idarə olunan məntəqələr sistemi vasitəsilə paylanmasına başlanılan martdan bu yana Qəzzada humanitar yardıma çatmağa çalışan 900-dən çox insan həyatını itirib.