Kamçatkanın Avaça körfəzində 6,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda, 51,2 kilometr dərinlikdə yerləşib.
Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin məlumatına görə, Petropavlovsk-Kamçatski və Vilyuçinsk sakinləri 4 bala qədər təkan hiss ediblər. Sunami təhlükəsi elan olunmayıb.