Ucnoqta.az
www.ucnoqta.az

Culfada sürücü ana və qızını vurdu

15:29 - 21 İyul 2025 tarixində dərc olunub.

Culfada avtomobil ana və qızını vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Naim Rəhimovun idarə etdiyi "BMW" markalı avtomobil həmin kənd sakinləri - 1981-ci il təvəllüdlü Tərifə Kələntərova və 2017-ci il təvəllüdlü qızı Nur Kələntərovanı vurub.

Hər iki şəxs xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. N. Kələntərova Bakıdakı xəstəxanaya təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: Ucnoqta.az redaksiyası