Ucnoqta.az
www.ucnoqta.az

Masallıda 20 yaşlı gənc kanalda boğulub

09:28 - 21 İyul 2025 tarixində dərc olunub.

Masallıda qardaşı ilə balıq tutmağa gedən 20 yaşlı gənc kanalda boğulub.

Ucnoqta.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən, təxminən, 500 metr məsafədə yerləşən Şərəfə kanalına gələrək balıq tutan zaman kanala düşüb.

O, kanalda boğularaq ölüb, meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası