Ucnoqta.az
www.ucnoqta.az

Araz çayında bir nəfər batıb

15:10 - 18 İyul 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası