Ucnoqta.az
www.ucnoqta.az

İsrail qırıcıları Livandakı "Hizbullah" düşərgələrini bombaladı

11:52 - 15 İyul 2025 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın Bekaa vadisində "Hizbullah" hərəkatının hərbi qanadı olan Radvan Xüsusi Qüvvələrinin hərbi düşərgələrinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, zərbələr yaraqlıların və silahların saxlandığı anbarların müəyyən edildiyi Radvan qüvvələrinin düşərgələrini hədəf alıb.

Müəllif: Ucnoqta.az redaksiyası