Ucnoqta.az
www.ucnoqta.az

Antisanitar vəziyyətdə suşi emal edən müəssisədən görüntülər

13:00 - 14 İyul 2025 tarixində dərc olunub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində yoxlama keçirib. 

Ucnoqta.az xəbər verir ki, baxış zamanı emal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının antisanitar vəziyyətdə emal edildiyi, saxlanma temperaturuna əməl edilmədiyi və etiketlənmə tələblərinin pozulduğu, həmçinin qida məhsulları ilə təmasda olan materialların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Müəllif: Ucnoqta.az redaksiyası