Ucnoqta.az
www.ucnoqta.az

Bakıda moped maşına "girdi"

15:27 - 11 İyul 2025 tarixində dərc olunub.

Düzgün ara məsafəsi saxlamayan minik avtomobili və moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd olunur ki, hadisə paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib.

Polis əməkdaşları tərəfindən qəza iştirakçıları yoldan kənarlaşdırılıb və sıxlığın qarşısı alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası