Ucnoqta.az
www.ucnoqta.az

Kanada Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın rəhbərlik edəcək

11:31 - 11 İyul 2025 tarixində dərc olunub.

General-leytenant Ceymi Speyser-Blanşet Kanada Hərbi Hava Qüvvələrinin rəisi vəzifəsini tutan ilk qadın olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“The Canadian Press”in məlumatına görə, təyinat mərasimində yeni baş komandan Kanada Hərbi Hava Qüvvələrinin “böyük problemlərlə” üzləşdiyini vurğulayıb.
"Hazırda bizdə kadr çatışmazlığı var və döyüş hazırlığına yüksək tələblər var. Fikrimcə, əsas problem budur", - o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası