Ucnoqta.az
www.ucnoqta.az

Çin dünyanın ən sürətli qatarını təqdim etdi

22:24 - 10 İyul 2025 tarixində dərc olunub.

Çin dünyanın ən sürətli qatarını təqdim edib.

Ucnoqta.az xəbər verir ki, 12-ci Ümumdünya Yüksək Sürətli Dəmir Yolları Konqresində, superkeçirici maqnitlərdə elektrodinamik asma ilə maqlevin prototipi təqdim edildi.

Çinin "CCRC Changchun Railway Vehicles" şirkəti 600 km/saat sürətə çata bilən yeni maqnit levitasiya qatarının prototipini təqdim edib.

Tərtibatçılar qeyd edirlər ki, yeni maglev yüksək səmərəli, təhlükəsiz, enerjiyə qənaətcil və ekoloji cəhətdən təmizdir.
2004-cü ildən Çində Şanxayı Pudonq Beynəlxalq Hava Limanı ilə birləşdirən kommersiya maqnit levitasiya qatarı xətti fəaliyyət göstərir. Bu xətt üzrə qatar 430 km/saat sürətə çata bilir.

Mühəndislərin fikrincə, yeni qatara xüsusilə Çinin böyük şəhərləri arasındakı marşrutlarda tələbat olacaq. Beş ildən sonra belə qatarlar üçün irimiqyaslı ticarət xətlərinin tikintisinə başlanması planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası