Ucnoqta.az
www.ucnoqta.az

Əliyev-Paşinyan görüşü başa çatıb (YENİLƏNİB)

14:24 - 10 İyul 2025 tarixində dərc olunub.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başa çatıb.

Ucnoqta.az xəbər verir ki, görüş 5 saat davam edib.

12:36

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilmişdi.

Ucnoqta.az xəbər verir ki, görüş fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.

Müəllif: Ucnoqta.az redaksiyası