ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Con Kennedi təyyarədaşıyan gəmisinin istismara verilməsi, ilk növbədə, onun elektromaqnit silahı liftlərindəki problemlərə görə, demək olar ki, daha iki il gecikdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Defence News” portalı müvafiq sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, ikinci “Ford” seriyalı təyyarədaşıyan gəminin təhvil verilməsi bir illik gecikmədən sonra iyul ayına planlaşdırılıb. İndi isə 2027-ci ilin mart ayına təxirə salınıb.
Portalın məlumatına görə, tikintisinin 2029-cu ilin sentyabrında başa çatdırılması planlaşdırılan bu seriyanın növbəti təyyarədaşıyan gəmisi Enterprise-ı da oxşar aqibət gözləyir.
Büdcə sənədlərinə uyğun olaraq, "materialların çatdırılmasında gecikmələr və sənayedə/təchizat zəncirində yaranan fasilələrə görə" onun çatdırılması 2030-cu ilin iyul ayına planlaşdırılır.