Ucnoqta.az
www.ucnoqta.az

Qəbul imtahanının cavabları bu tarixdə açıqlanacaq

17:36 - 9 İyul 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, iyunun 6-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

DİM-dən Ucnoqta.az-a verilən məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin 21 iyuldan sonra açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələr iki həftədən sonra elan olunur. İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası