Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanda reydlər keçirir

15:49 - 9 İyul 2025 tarixində dərc olunub.

İsrail hərbçiləri "Hizbullah" təşkilatının hərbi obyektlərini məhv etmək üçün Livanın cənubundakı sərhəd bölgələrində bir sıra reydlər keçiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Reydlər bu obyektləri məhv etmək və “Hizbullahın bölgədə yenidən möhkəmlənməsinin qarşısını almaq” məqsədi ilə həyata keçirilib.

İsrail hərbçiləri Cebel Blat yüksəkliklərində bu reydlərdən birində Hizbullah hərbi birləşmələrinin silah anbarını və bir neçə atəş mövqelərini aşkar edərək məhv ediblər.
Növbəti reyd zamanı Labbouna kəndi yaxınlığında bir neçə silah anbarı və partlayıcı maddə aşkar ediblər və silahlar müsadirə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası