Ucnoqta.az
www.ucnoqta.az

3 tondan çox narkotik vasitə məhv edilib

11:19 - 9 İyul 2025 tarixində dərc olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 8-də ümumi çəkisi 23,2 kiloqramdan artıq narkotik vasitə və 37 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 7 min 655 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası