Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə qanvermə aksiyası keçirilib

10:40 - 9 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Mingəçevir bölməsi tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan aksiya hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün qan ehtiyatını artırmaq məqsədi daşıyıb.

Qanvermə aksiyasında 200 nəfərə yaxın rayon sakini könüllü iştirak edib.

Müəllif: Ucnoqta.az redaksiyası