Honq-Konqun cənubundakı Tsim Şa Tsui ərazisində Britaniya ordusunun 19-cu əsrə aid ola bilən top lüləsi tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 8-də "South China Morning Post" (SCMP) məlumat yayıb.
Topun əvvəlcə yerin 3 m dərinliyində basdırılmış bomba ola biləcəyi ehtimal edilib. “Bastille Post”un məlumatına görə, Honq-Konq polisi bu səbəbdən 40 nəfəri təxliyə edib.
Nəşr qeyd edib ki, lülənin diametri təxminən 15 sm, uzunluğu isə təxminən 4 m-dir.