Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadın 6 kəndinin qazı KƏSİLƏCƏK

18:11 - 8 İyul 2025 tarixində dərc olunub.

Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.

Bu barədə Ucnoqta.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

 

Məlumata görə, fasilə diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli "Azadkənd-Salmanlı" və "Azadkənd-Cəngən" yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədardır. Odur ki, sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1 610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası