Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə avtomobil aşıb, xəsarət alanlar var

08:42 - 8 İyul 2025 tarixində dərc olunub.

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun İstisu qəsəbəsində Beyləqan rayon sakini “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1980-ci il təvəllüdlü X. Quliyev onun sərnişinləri; 1988-ci il təvəllüdlü E. Həsənov və 2000-ci il təvəllüdlü V. Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası