Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Suriyada İrana bağlı silahlıları saxlayıb

13:19 - 7 İyul 2025 tarixində dərc olunub.

İsrail hərbçiləri (IDF) Suriyanın cənubunda bir neçə silahlı radikalı saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, saxlanılan şəxslər İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlılarına (İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlıdırlar.

Bildirilir ki, kəşfiyyat məlumatlarına əsasən, hərbçilər Suriyanın cənubundakı Tell Qudna bölgəsində İran Əl-Qüds qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərən bölməni saxlamaq üçün gecə ərzində əməliyyat keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası