Ucnoqta.az
www.ucnoqta.az

Qobustanda dəhşət: Qayınata gəlinini öldürdü

12:15 - 7 İyul 2025 tarixində dərc olunub.

Qobustan rayonunda qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Təklə kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Günel Ağabəyli evində qətlə yetirilib. G.Ağabəylinin qayınatası Orucağa Ağayev tərəfindən öldürüldüyü iddia edilir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində O.Ağayev şübhəli şəxs qismində saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası