Ucnoqta.az
www.ucnoqta.az

Yük maşını ilə toqquşan avtobus yandı - 21 ölü

12:12 - 7 İyul 2025 tarixində dərc olunub.

Nigeriyanın şimalında avtobusla yük maşınının toqquşması nəticəsində azı 21 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nigeriyanın “Daily Trust” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, xəsarət alanlar var, onlara ilkin tibbi yardım göstərilib. Qəza Kano əyalətində baş verib. Toqquşmadan sonra avtobus yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtobus sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.

Müəllif: Ucnoqta.az redaksiyası