Ucnoqta.az
www.ucnoqta.az

Rusiya ordusunun itkiləri açıqlanıb - SİYAHI

08:38 - 7 İyul 2025 tarixində dərc olunub.

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri işğalçı Rusiya Federasiyasının qoşunlarının 398 hərbi texnikasını və silah-sursatını, 1100-ə yaxın canlı qüvvəsini da məhv ediblər.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 7-nə olan yenilənmiş məlumatları açıqlayıb. Genişmiqyaslı müharibə başlayandan bəri düşmən təxminən 1.027.540 hərbçisini itirib.

Həmçinin, Rusiyanın 233 PUA , 33 artilleriya sistemi (cəmi 29.993), 7 döyüş zirehli texnikası (22.963), 3 tank (10.995), 2 reaktiv raket sistemi (1.432), 118 ədəd avtomobil və tankerini (54370) sıradan çıxarıblar.

Ümumilikdə, genişmiqyaslı müharibə zamanı Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının 3927 xüsusi texnikası, 3439 qanadlı raketi, 1192 hava hücumundan müdafiə sistemi, 421 təyyarəsi, 340 helikopteri, 28 gəmi/kateri və bir sualtı qayığını məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası