Ucnoqta.az
www.ucnoqta.az

PSJ "Bavariya"nı 9 nəfərlə məğlub edərək yarımfinalına yüksəldi

22:14 - 5 İyul 2025 tarixində dərc olunub.

Fransanın Paris Saint-Germain futbolçuları klublararası dünya çempionatının 1/4 finalında "Bavariya"ya qalib gəlib.

Ucnoqta.az xəbər verir ki, Atlantada keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

Qolları Desire Douai (78-ci dəqiqə) və Ousmane Dembele (90+7) vurub.

PSJ matçı 9 nəfərlə başa vurub. 82-ci dəqiqədə müdafiəçi Uilyam Paço kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldı, ikinci hissənin əsas vaxtında isə digər müdafiəçi Lukas Hernandez dirsəyə görə qırmızı vərəqə aldı.

Yarımfinalda PSJ “Real Madrid” və ya Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Müəllif: Ucnoqta.az redaksiyası