Ucnoqta.az
www.ucnoqta.az

19 yaşlı oğlan Kürdə batdı

09:51 - 5 İyul 2025 tarixində dərc olunub.

Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub.

Ucnoqta.az xəbər verir ki, Sabirabad rayonunun Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü (19 yaş) Məmiyev Eldəniz Cabir oğlu Kür çayının kəndin ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası