Ucnoqta.az
www.ucnoqta.az

Məktəb direktoru faciəvi şəkildə vəfat etdi

16:35 - 3 İyul 2025 tarixində dərc olunub.

Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.

Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası