Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Bank “MilliKart”a lisenziya verib

17:10 - 3 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan Mərkəzi Bankı (AMB) “MilliKart” MMC-yə ödəniş sistemi operatoru fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Ucnoqta.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

Xatırladaq ki, AMB bundan əvvəl 18 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 28-ə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası