Rusiya Qvardiya general-mayoru, Rusiya Qəhrəmanı, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini Mixail Qudkov Kursk yaxınlığındakı döyüşlərdə həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Telegram kanalında Primorsk diyarının qubernatoru Oleq Kozhemyako məlumat verib.
O qeyd edib ki, komandirlə birlikdə onun hərbçi yoldaşı və zabiti Nəriman Şıxəliyev də həlak olub.
Müdafiə Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama verməyib.
“AiF Primorye” yazır ki, iyulun 1-də dəniz piyadalarının səhra qərargahına bir neçə raket atılıb.Həmin vaxt Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanının müavini səhra komandanlıq məntəqəsində olub.
Qudkov bu ilin martında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini təyin edilib. Bundan əvvəl o, xüsusi hərbi əməliyyat zamanı fərqlənən Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasına rəhbərlik edib.