Ucnoqta.az
www.ucnoqta.az

Əsgərlərimizi daşıyan maşın qəzaya düşüb

10:56 - 3 İyul 2025 tarixində dərc olunub.

Bu gün səhər saatlarında “N” saylı hərbi hissənin əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Daşkəsən rayonu istiqamətində qeydə alınıb.

Xoşbəxtlikdən qəza nəticəsində həyatını itirən olmasa da, yüngül xəsarət alanlar var. Hadisənin hansı vəziyyətdə baş verdiyi məlum deyil. pizza hut

Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.

Müəllif: Ucnoqta.az redaksiyası