Ucnoqta.az
www.ucnoqta.az

Yekaterinburqda saxlanılan azərbaycanlılara ittiham irəli sürülüb

17:04 - 2 İyul 2025 tarixində dərc olunub.

Yekaterinburqda saxlanılan 6 azərbaycanlıya qarşı ittiham irəli sürülüb.

Ucnoqta.az xəbər verir ki,bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxslər arasında Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərov var.

İstintaqın iddiasına görə, onların iki qətl və bir adam öldürməyə cəhddə əli var. Motiv biznesdə təsir sferalarının bölünməsidir.

Şöbədən bildirilib ki, təqsirləndirilən şəxslərdən biri ətraflı ifadə verib və cinayət ortaqlarını ifşa edib.

Müəllif: Ucnoqta.az redaksiyası