Ucnoqta.az
www.ucnoqta.az

Şabranda meşəlik ərazidə yanğın olub

17:41 - 2 İyul 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çaraq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası