Ucnoqta.az
www.ucnoqta.az

Slovakiya Ukraynaya 8 "Bozena-5" mina təmizləmə sistemi verəcək

15:04 - 2 İyul 2025 tarixində dərc olunub.

Slovakiya Ukraynaya səkkiz Bozena-5 minatəmizləmə sistemi tədarük edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Slovakiya istehsalı olan minalardan təmizləmə sistemlərinin qarşıdan gələn təhvil verilməsi iyulun 1-də Kiyevdə keçirilən Slovakiya-Ukrayna hökumətlərarası məsləhətləşmələr zamanı təsdiqlənib.
Slovakiyanı XİN-in siyasi şöbəsinin rəhbəri Martin Kaço, Ukraynanı isə xarici işlər nazirinin müavini Aleksandr Mişşenko təmsil edib.

Müəllif: Ucnoqta.az redaksiyası