Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın UEFA reytinqi açıqlanıb

13:59 - 2 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan 2025/2026 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, Avropa futbol qurumunun əmsallar cədvəlində ölkələrin yenilənmiş reytinqi açıqlanıb.

Azərbaycan hazırda 17.125 əmsala malikdir. Ukrayna (17.600) 28-ci, Bolqarıstan (15.875) 30-cu olub.

Qeyd edək ki, siyahıya İngiltərə (90.839) başçılıq edir.

Müəllif: Ucnoqta.az redaksiyası