Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya adalarında 877 zəlzələ baş verib

08:17 - 2 İyul 2025 tarixində dərc olunub.

Son 1,5 həftə ərzində ölkənin cənub-qərbindəki Tokara adası qrupunda maqnitudası 1,0-dan çox olan ən azı 877 zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb. İlk yeraltı təkanlar iyunun 21-də qeydə alınıb və o vaxtdan bəri ərazidə təxminən 5 bal gücündə ən azı iki güclü zəlzələ baş verib.
Yerli seysmoloqlar qeyd edirlər ki, ərazi litosfer plitələrinin qovşağında yerləşir və bu, seysmik aktivliyin artmasına səbəb olur.

Bu zəlzələlər nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası