İsrailin Qəzza zolağına bir gecədə endirdiyi aviazərbələr nəticəsində azı 16 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında yerləşən Əl-Məvasi humanitar zonasında qaçqın çadırlarının atəşə tutulması zamanı azı 10 fələstinli ölüb, 10-dan çoxu yaralanıb.
Qəzzanın mərkəzindəki Nuseyratda yaşayış binasının bombalanması nəticəsində azı 6 nəfərin öldüyü və 15 nəfərin yaralandığı barədə də xəbərlər var. Deyr əl-Bələh şəhərinin yaşayış məntəqələrinə pilotsuz təyyarənin zərbələri nəticəsində ən azı 10 nəfər xəsarət alıb.