Ucnoqta.az
www.ucnoqta.az

Təcridxanada saxlanılan 40 yaşlı kişi qəfil öldü

13:27 - 30 İyun 2025 tarixində dərc olunub.

Bakıda istintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə dünən saat 18 radələrində Penitensiar Xidmətin Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasında baş verib.

Təcridxanada saxlanılan Bakı şəhər sakini 1985-ci il təvəllüdlü İlqar Mirağa oğlu Həsənovun səhhəti qəfil pisləşib və vəfat edib.

İ.Həsənovun yüksək qan təzyiqindən öldüyü bildirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası