Ucnoqta.az
www.ucnoqta.az

Sabahdan bu şəxslərin pensiya yaşı artırılır

07:44 - 30 İyun 2025 tarixində dərc olunub.

İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.

Ucnoqta.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.

Müəllif: Ucnoqta.az redaksiyası