Ucnoqta.az
www.ucnoqta.az

Sərnişin təyyarəsi eniş zamanı az qala çevriləcəkdi

08:05 - 30 İyun 2025 tarixində dərc olunub.

"Batik Air" şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Cakarta yaxınlığındakı Soekarno-Hatta beynəlxalq hava limanına çətin eniş edib.

Ucnoqta.az xəbər verir ki, FL360aero aviasiya portalının məlumatına görə, insident iyunun 29-da güclü külək və güclü yağış nəticəsində baş verib.

PK-LDJ quyruq nömrəli təyyarə eniş zamanı sağ tərəfə əyilib.
Nəticədə təyyarənin qanadlarından biri təhlükəli şəkildə uçuş-enmə zolağının səthinə yaxınlaşıb.

Təyyarədə 141 sərnişin olub, xəsarət alan olmayıb. Ekstremal hava şəraitinə baxmayaraq, eniş təhlükəsiz şəkildə həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası