Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda istirahət mərkəzinin müdiri bıçaqlandı

13:09 - 29 İyun 2025 tarixində dərc olunub.

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Firad Həbibov bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Pepperoni pizza

Onun Lənkəranda "Pambayi" istirahət mərkəzinin müdiri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

Müəllif: Ucnoqta.az redaksiyası