Ucnoqta.az
www.ucnoqta.az

Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

13:01 - 29 İyun 2025 tarixində dərc olunub.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 30-da mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti olacaq.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası