Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda gərginlik artır - əlavə polis qüvvələri göndərildi

13:18 - 27 İyun 2025 tarixində dərc olunub.

Milli Təhlükəsizlik Xidməti (MTX) Erməni Apostol Kilsəsinin (AAK) Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapahyanı saxlamaq üçün İrəvandan Eçmiədzinə yeni qüvvələr göndərir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın “Müqəddəs mübarizə” müxalifət hərəkatı məlumat yayıb.

"MTN İrəvandan Eçmiədzinə yeni qüvvələr göndərir. Patrul əməkdaşları MTN avtomobillərinin sürətli hərəkətini təmin etmək üçün İsakov prospektində hərəkəti məhdudlaşdırıblar", - hərəkatın Teleqram kanalında deyilir.

Hazırda Eçmiədzinə bitişik əraziyə çoxsaylı polis qüvvələri, xüsusi təyinatlılar və Ermənistan Milli Təhlükəsizlik Xidməti yerləşdirilib və daha çox qüvvə gəlir. Müqəddəs Eçmiədzinin zəngləri də çalınır.

Müəllif: Ucnoqta.az redaksiyası