Ucnoqta.az
www.ucnoqta.az

Bağlı qalan 8 cinayətin üstü açıldı

10:55 - 27 İyun 2025 tarixində dərc olunub.

 İyunun 26-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası