Ucnoqta.az
www.ucnoqta.az

Polşa tədricən "MiQ-29"ları Kiyevə təhvil verməyə hazırdır

10:31 - 27 İyun 2025 tarixində dərc olunub.

Polşa hazırda istifadədən çıxarılan MiQ-29 qırıcılarını Kiyevə təhvil verməklə Ukraynaya hərbi yardımı davam etdirməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski PAP agentliyinə və bir sıra digər Avropa agentliklərinə (AFP, DPA) müsahibəsində deyib.

Nazir bildirib ki, Polşa Polşa ordusunda sıradan çıxarılan MiQ-29-ları mərhələli şəkildə təhvil verməklə öz töhfəsini verəcək.
Sikorski bununla bağlı tarixi açıqlamayıb.

Müəllif: Ucnoqta.az redaksiyası