Ucnoqta.az
www.ucnoqta.az

Fransa tərəfi İrana aid bir neçə PUA-nı vurduğunu təsdiqləyib

15:15 - 26 İyun 2025 tarixində dərc olunub.

Fransa ordusunun İrandan İsrail ərazisinə istiqamətlənən bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdirməsi barədə məlumatları təsdiqləyirik.

Bu barədə Fransanın İsraildəki Səfirliyinin “X” hesabında paylaşım edilib.

Diplomatik nümayəndəlikdən o da bildirilib ki, bu addım Fransa ordusunun bölgədə yerləşdirilən və ölkəyə aid olan hava hücumundan müdafiə sistemləri və qırıcıların təhlükəsizliyinin təminatı məqsədi ilə atılıb.

Bildirilib ki, əməliyyatda hava hücumundan müdafiə vasitələri və “Rafale” donanmasının hərbi texnikasından istifadə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası