Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış rejissor vəfat edib

14:56 - 26 İyun 2025 tarixində dərc olunub.

SSRİ-nin və Rusiyanın tanınmış kino rejissoru Valeri Rıbarev 86 yaşında vəfat edib.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Belarus Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi açıqlanıb.

Leninqrad Dövlət Teatr və Kino İnstitutunun məzunu olan V.Rıbarev "Tonej arvadları", "Özgə vətən", "Şahid" və bir çox digər filmləri ekranlaşdırıb.

Müəllif: Ucnoqta.az redaksiyası