Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb edilib.
Ucnoqta.az xəbər verir ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur.
Polis əməkdaşları Binəqədi rayonunda həyata keçirilən daha bir profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyini müəyyən edib və o, məsuliyyətə cəlb edilib.