Ucnoqta.az
www.ucnoqta.az

Prezident Mingəçevirdə Çen Qianqı qəbul edib

13:34 - 24 İyun 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin "Dongfang Electric İnternational Corporation" Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.

Ucnoqta.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə "Dongfang Electric İnternational Corporation" şirkətinin "8 Noyabr" Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunuldu, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

Müəllif: Ucnoqta.az redaksiyası