Ucnoqta.az
www.ucnoqta.az

İsrail hava məkanını açdı

11:36 - 24 İyun 2025 tarixində dərc olunub.

İranın İsrail ərazisinə bir sıra zərbələri ölkənin hava məkanını bağlamasından sonra Ben Qurion hava limanı uçuşların qəbulunu bərpa edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Times of Israel” İsrail Hava Limanları İdarəsinə istinadən məlumat yayıb.

Gecə saatlarında ölkənin aviasiya hakimiyyət orqanları İranın raket hücumları fonunda İsrail səmasında mülki uçuşların dayandırıldığını elan edib.
İsrail Müdafiə Qüvvələri (IDF) iyunun 24-də altı raket hücumu dalğası barədə məlumat verib.

Müəllif: Ucnoqta.az redaksiyası