Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən 15 yaşlı qız Cəlilabadda tapıldı

11:14 - 24 İyun 2025 tarixində dərc olunub.

Masallıda itkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb.

Ucnoqta.az oxu.az - a istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədovanın Cəlilabad şəhəri ərazisində olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, Masallı şəhəri, Dadva küçəsində yaşayan 2011-ci il təvəllüdlü Xatirə Nurlan qızı Əhmədova iyunun 19-da axşam saatlarında yaşadığı evdən çıxıb naməlum istiqamətə gedib.

Onun yaxınlarının müraciətindən sonra Masallı Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası